Menu

Qazaxıstan və Litva razılığa gəldi

19.05.2015, 22:36
Qazaxıstan və Litva razılığa gəldi

Məxfi məlumatların qorunması haqqında

Qazaxıstan KİV-nin (Tengrinews.rz) yaydığı məlumata görə, Qazaxıstanla Litva məxfi informasiyaların qarşılıqlı qorunması haqqında razılaşma sənədi imzalayıb. Sənədi ölkələrin baş nazirləri Kərim Məsimov və Algirdas Butkyaviçyus imzalayıb (Rosbalt).

Xəbərdə deyilir ki, Qazaxıstan və Litva hökumətlərinin başçıları 3 sənəd imzalayıb: məxfiləşdirilmiş informasiyaların qorunması, cinayətkar fəaliyyətlə əldə olunmuş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorimzmin maliyyələşdirilməsinə qarşı birgə mübarizə və baytarlıq sahəsində əməkdaşlıq razılaşması.

İmzalama mərasimindən sonra Litvanın baş naziri Məsimovu Litvaya səfərə dəvət edib və deyib: «Hesab edirəm ki, razılaşma bizim maraqlarımızın vacib sferaları üzrə ikitərəfli əməkdaşlığın inkişafına yeni müsbət impuls verəcək... ».

Görüş zamanı həm də Qazaxıstan şəhəri Aktau ilə Litva şəhəri Klaypeda arasında əməkdaşlıq niyyətlərini nəzərdə tutan protokol imzalanıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Qazaxıstan və Litva 2014-2015-ci illər üzrə əməkdaşlıq planı imzalayıb. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 700 milyon dollara çatıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol