Donbas Ukraynanın tərkibində qalmalıdır. Musavat.com-un Rusiya qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz bütün səviyyələrdə, Rusiya prezidentinin dilindən, digər formatlarda bəyan edirk ki, onlar Ukraynanın tərkib hissələri olmalıdır” – deyib Lavrov və eyni zamanda Minsk anlaşması çərçivəsində nəzərdə tutulduğu kimi, Ukraynanın mərkəzsizşməsinin vacibliyini vurğulayıb.
Nazir Donbasda vəziyyətin təzədən kəskinləşməsinin bütövlükdə Avropa təhlükəsizlik sisteminə mənfi təsir edəcəyini də qeyd edib.


Şərhlər