Almaniyanın Baş naziri Angela Merkel və Fransa Prezidenti Fransua Olland (François Hollande), Yunanıstana razılaşma təmin etməsi üçün 12 gün möhlət verdi.
Merkel və Olland Berlində görüşüblər.
Birgə mətbuat konfransında Merkel, "Brüssel Qrupunda lazımi sahələrdə ciddi irəliləyiş əldə olunmasını gözləyirik - deyə bildirib. Holland isə Yunanıstanın Avro Zonasında qalmasının hər kəsin xeyrinə olacağını bildirib.
Almaniya və Fransa Avro Bölgəsinin ən böyük iki iqtisadiyyatıdır.
Yunanıstan ilə kreditorlar arasında 4 aydır danışıqlar davam edir, lakin razılaşma yoxdur.Liderlər Aleksis Çipras (Alexis Tsipras) üzərindəki təzyiqi artırır. Vəziyyət bazarlara da mənfi təsir göstərir. /"marja"


Şərhlər