Menu

Nərimanovda yaşayış binasında yanğın

20.05.2015, 10:21
Nərimanovda yaşayış binasında yanğın

Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib. Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin hamamında tavan 3 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol