Menu

Kliniki Tibbi Mərkəzdə 12 nəfərin müalicəsi davam edir

20.05.2015, 10:45
Kliniki Tibbi Mərkəzdə 12 nəfərin müalicəsi davam edir

Mərkəzə dəm qazından və tüstüdən boğulma diaqnozu ilə gətirilən Yəhyayeva Elmira dünyasını dəyişib

Bakıda yanğın baş verən binadan zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən xəsarət alanlardan 12-si müalicəsini davan etdirir. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında bildirib ki, onlardan 3-ü uşaq, 9-u böyükdür. Hazırda müalicəsini davam etdirənlərin vəziyyəti stabildir.

Hadisə nəticəsində mərkəzə gətirilənlərdən biri dünyasını dəyişib. O, 1947-ci il təvəllüdlü Elmira Yəhyayevadır. Həkimlərin səyinə baxmayaraq, dəm qazından və tüstüdən boğulma ilə xəstəxanaya gətirilən qadınının həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol