Menu

Müsavatın Məclis üzvü istefa verdi

20.05.2015, 13:40
Müsavatın Məclis üzvü istefa verdi

Müsavat Partiyasının Məclis üzvü Arifə Hüseynli partiyadan istefa verib.

Bunu APA-ya açıqlamasında A. Hüseynlinin özü deyib. O, Müsavat rəhbərliyinin siyasətinə etiraz olaraq partiyadan istefa verdiyini bildirib.

Xatırladaq ki, A. Hüseynli hazırda Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol