Menu

Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasından köçürüldü

11.09.2013, 16:41
Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasından köçürüldü

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı sentyabrın 11-də saxlandığı Bakı İstintaq Təcridxanasından 10 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb. Məlumatı “Media forum” saytına Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı verib. O bildirib ki, köçürülmə barədə Əvəz Zeynallıya, vəkilinə heç bir xəbərdarlıq edilməyib: “Sentyabrın 11-də Ali Məhkəmə Əvəzə çıxarılmış 9 il cəza hökmünü qüvvədə saxladı. Ali Məhkəmədən Bakı İstintaq Təcridxanasına qaytarılandan sonra onu tələm-tələsik 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər”.

Əvəz Zeynallı 10 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına avqustun 1-də gətirilmişdi. Bu, Nərimanov Rayon Məhkəməsində “Xural” qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya baxılması ilə bağlı idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol