Rusiya tərəfin iddiasının əsası yoxdur
Rusiya KİV-nin məlumatına görə, Yaponiya hökuməti S.Lavrovun Kuril adaları ilə bağlı səsləndirdiyi fikrə sərt reaksiya verib. Məlumatda deyilir ki, Yaponiya hökuməti Rusiya xarici işlər naziri (XİN) Sergey Lavrovun «Yaponiya dünyada yeganə dövlət olaraq qalır ki, İkinci dünya müharibəsinin nəticələrini şübhə altına alır» bəyanatı ilə razı deyil (Rosbalt).
Bu barədə Yaponiya hökumətinin baş katibi Yosixide Suqu deyib: «İkinci dünya müharibəsinin yekunları Yaponiya və Rusiya arasında müəyyən olunmayıb. Odur ki, Rusiya tərəfin iddiasının heç bir əsası yoxdur...».
Eyni zamanda, Suqa bəyan edib ki, Lavrovun çıxışları iki ölkə liderlərinin yüksək səviyyədə görüşünün keçirilməsinə təsir göstərməyəcək.
Xatırladırıq ki, bu ərəfədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Yaponiya dünyada yeganə ölkədir ki, İkinci dünya müharibəsinin yekunlarını şübhə altına alır və Kuril adalarının kimə mənsub olması məsələsini çəkişmə mövzusuna çevirir.
AzPolitika.info


Şərhlər