Ukrayna hazırda Rusiya ilə əsl müharibə şəraitində yaşayır və xalqımız Rusiyanın hücumuna hazırlaşır.
ANS PRESS-in məlumatına görə, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
O bildirib: "Mən prezident Vladimir Putinə inanmıram. Onunla danışıqlar aparmaq mənasızdır, ancaq bundan başqa yol da yoxdur."
Onun sözlərinə görə, Ukraynanın şərqindəki əraziləri separatçılardan təkcə hərbi yolla almaq mümkün deyil. Bu məsələdə diplomatiyadan da istifadə etmək mümkündür.


Şərhlər