Türkiyənin tanınmış yazarı Elif Şafak “Financial Times” qəzetinə yazdığı yazıda terrorçu PKK-nın siyasi qolu olan HDP-nin seçki həddini aşmayacağından narahatlığını bildirib.
O deyib ki, hədd aşılmazsa, ölkədə qan axa bilər. Ölkədə iyunun 7-də keçiriləcək seçkilərlə bağlı qiymətləndirmə aparan yaza bildirib ki, HDP həddi keçməəlidir.
“Kürdlərin sürpriz hədiyyəsi Türkiyədə birlik ola bilər”,- başlıqlı yazıda Elif Şafak bildirib ki, regional və etnik bir hərəkat olaraq başlayan HDP artıq milli bir partiya halına gəlir. “HDP-nin yüksələn varlığı hökuməti narahat edir. Partiya həddi keçsə, parlamentin içində əhəmiyyətli bir güc olacaq”.
O bildirib ki, seçkidə nəticə nə olursa olsun, demokratiyanın kürdlər üçün enişli-yoxuşlu bir yol olaraq qalması ehtimal olunur: “HDP yüzdə 10 faizlik həddi keçməkdə müvəffəqiyyətsizliyə uğrasa, ölkə silahlı qarşıdurma günlərinə geri dönə bilər”.


Şərhlər