Nazir: "Türkiyə bu layihənin tikintisində iştirak etməyəcək"
Türkiyə "Türk axını" qaz kəmərinin tikintisində iştirak etməyəcək. Anspress-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
O mətbuata verdiyi müsahibədə deyib ki, Rusiya və Türkiyə Ədirnə əyalətində, təbii qaz kəmərinin sudan quruya çıxan hissədə "mavi yanacağ"ın saxlanılması üçün birgə şirkəti yaradacaq.
Nazir vurğulayıb ki, Türkiyə öz coğrafi mövqeyinin bütün imkanlarından istifadə edir və buna görə hakimiyyət eyni vaxtda iki energetika layihəsinə - "Türk axını" və gələcək də Türkmənistanın da qoşulacağı Trans Anadolu qaz kəmərinə (TANAP) diqqəti cəlb etmək niyyətindədir.
T.Yıldız bu layihələrin bir-birinə rəqib olmadığını da söyləyib.
Xatırladaq ki, "Qazprom" şirkəti bildirib ki, Qara dənizdə boru xəttinin tamamlanmaması risk yaradır.


Şərhlər