Menu

NATO-nun növbəti sammiti Varşavada keçiriləcək

23.05.2015, 01:41
NATO-nun növbəti sammiti Varşavada keçiriləcək

-nun növbəti sammiti 2016-cə il 8-9 iyul tarixində Varşava şəhərində keçiriləcək. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə alyansın baş katibi Yens Stoltenberq bildirib.

“Şadam sizə bəyan edim ki, NATO-nun növbəti sammiti 2016-cə il 8-9 iyulda Varşavada, Polşada keçiriləcək” – deyib Stoltenberq.

“Yeni görüş alyans üçün həlledici bir vaxtda – Avroatlantik təhlükəsizliyin tektonik plastları şərqdə və cənubda hərəkətə gəldiyi vaxtda təşkil ediləcək. Biz soyuq müharibə bitdikdən sonra kollektiv təhlükəsizliyimizin güclənməsinə yönəlik ən böyük səyimizi göstəririk ki, NATO öz müttəfiqlərini istənilən səmtdən gələn hədələrdən qorumağa hazır olsun” - əlavə edib baş katib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol