Menu

Türkiyə kəşfiyyatının 12 şöbə müdiri vəzifədən götürüldü

04.01.2014, 12:39
Türkiyə kəşfiyyatının 12 şöbə müdiri vəzifədən götürüldü

İstanbulda üçüncü körpü və üçüncü hava limanı kimi nəhəng infrastruktur layihələrində iştirak edən 7 tanınmış iş adamının əmlakına həbs qoyulub

Türkiyədə rüşvət və korrupsiya əməliyyatı çərçivəsində ikinci həbs dalğası hökumət tərəfindən əngəllənsə də, prokurorun 7 tanınmış iş adamı və 2 şirkətin daşınan və daşınmaz əmlakına həbs qoyulması barədə sanksiyası icra olunub.

APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, ikinci dalğada həbs və axtarışlara sanksiya verən, hətta baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanı şübhəli şəxs qismində ifadə verməyə çağıran prokuror Müəmmər Akkaş cinayət işinin istintaqından kənarlaşdırılsa da, bundan qısa müddət öncə o, hökumətə yaxın tanınmış iş adamları Abdulla Tivnikli, Mustafa Lətif Topbaş, Camal Kalyoncu, Ömər Faruk Kalyoncu, Mehmet Cengiz, Üsamə Kutub və Cengiz Aktürkün, eləcə də “Kalyon” şirkətlər qrupuna aid “Zirve Holding”in və C. Aktürkün “Bosphjorus 360” adlı şirkətinin bütün mal varlığına həbs qoyulması barədə sanksiyanı poçt vasitəsilə müvafiq dövlət orqanlarına göndərə bilib. Həbs qərarı “mütəşəkkil cinayətkar dəstə qurmaq və idarə etmək”, “tenderlərdə qanunsuzluq”, “rüşvət”, “dövlət malına zərər vermək” ittihamları ilə başlanan cinayət işi çərçivəsində verilib.

Qeyd edək ki, adı çəkilən iş adamları hazırda dövlətin həyata keçirdiyi İstanbulda üçüncü körpü və üçüncü hava limanı kimi nəhəng infrastruktur layihələrində iştirak edən şəxslərdir.

Bu arada "Rüşvət əməliyatı"ndan sonra polis idarələrində vəzifədən kənarlaşdırmalar Kəşfiyyat Dairəsinə də siraət edib. "Axar.az" "Hurriyyet.com"a istinadən xəbər verir ki, Kəşfiyyat Dairəsində 12 şöbə müdiri və müdir müavini vəzifədən kənarlaşdırılıb. Ergenekon, PKK, KCK və Balyoz kimi əməliyyat proseslərində iştirak edən şöbə müdirləri tutduqları vəzifədən azad edilib. Vəzifədən kənarlaşdırılan şöbə müdirləri Almadağdakı polis məktəbinə yerləşdirilir. 2013-cü ilin may ayında Ömər Altıbarmaq Kəşfiyyat Dairə rəhbərliyinə gətirilmişdi. Bunun ardından 13 ali səviyyə kəşfiyyatçısı vəzifədən kənarlaşdırılmışdı. Ankara, İstanbul və İzmir başda olmaqla 23 ilin kəşfiyyat şöbə idarələrində müdir, baş komissar və komissarlar daxil olmaqla 160 kəşfiyyatçı fərqli yerlərə yerləşdirilir.

Belə görünür ki, baş nazir Ərdoğan ABŞ-dan idarə olunan Gülən tərəfdarlarını bütün qurumlardan təmizləməkdə qərarlıdır.

Vaqif

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol