Menu

Bankirin klubları batır: əmlakları satışda

25.05.2015, 23:19
Bankirin klubları batır: əmlakları satışda

Keçmiş bankir Cahangir Hacıyevin klubları çətin maliyyə böhranı yaşayır.Axar.az xəbər verir ki, “əkiz”lər – “İnter və “Simurq” problemlərini həll edə bilmir. “İnter Arena"nın klubun əlindən alınacağı, iyunun 1-dən komandanın stadiondan çıxarılacağı xəbəri yayılıb. “Bankirlər" faktiki stadionsuz qalıb.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov isə komanda.az-a deyib ki, ayın sonunda konkret məlumat verə bilər: “Sumqayıt”la oyun bitsin, iyun ayı üzrə fəaliyyət planı məlum olacaq. Qarşıda Avroliqa oyunu da var. Komanda iyunun ortalarından stadionda məşq etməlidir. Ona görə də stadion fəaliyyət göstərməlidir. Amma dəqiq məlumat ayın sonunda bilinəcək".

“Simurq"da isə hərəsi 45 min manata alınan iki avtobus satılmaq üçün Bakıya gətirilib. Avtobusun kimlər tərəfindən satışa çıxarıldığı haqda məlumat verilmir.

Bir neçə gün əvvəl "Simurq"un prezidenti Anar Bəkirov istintaqa cəlb olunmuşdu. Bəkirov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Azərbaycan Beynəlxalq Bankına ödənməmiş bir milyon manat kredit borcuna görə çağırılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol