Əfsanəvi pilot Mixail Şumaxeri bir tərəfli iflic və səsini itirmək təhlükəsi gözləyir. Bu məlumatı onun həmkarı, “Formula 1”-in keçmiş pilotu Filip Streyf paylaşıb. O deyib ki, “həkimlər hematomanın azalmasını müşahidə etmək üçün hər gün Şumaxerin beynini skanerdən keçirirlər və irəliləyiş haqqında da danışırlar”.
Streyf onu da əlavə edib ki, bazar ertəsi hematoma iki tərəfəli olsa da, indi o yalnız sol tərəfdə qalıb və əgər sol tərəfdə olan hematoma nəzərdə tutulandan daha çox qalarsa onda Şumaxerin sağ tərəfi iflic olmaqla yanaşı səsi də itə bilər.
Qeyd edək ki, dekabrın 29-da Fransada xizək sürərkən ağır kəllə-beyin travması alan alman pilotun bu il yanvarın üçündə 45 yaşı tamam olub.
V.Nəsibov


Şərhlər