Xarici KİV-n məlumatına görə, Türkiyə, Bolqarıstan və Yunanıstan mütəşəkkil cinayətkar qrupların və terrorçuların qeyri-leqal immiqrasiya fəaliyyəti ilə mübarizə çərçivəsində birgə sərhəd xidməti və gömrük nəzarəti mərkəzi yaratmaq barədə razılığa gəlib (BBC).
Sofiyada, razılaşmanın imzalanma mərasimində Bolqarıstanın Daxili işlər naziri Rumyana Bıçvarova bəyan edib ki, sözügedən sənəd 3 ölkə arasında ümumi problemlərin həlli sahəsində sıx əməkdaşlığa zəmanət verir (Rosbalt).
Mərkəz Türkiyə ilə Bolarıstan sərhədində, Kapitan-Andreyevoda yerləşəcək.
Xəbərlərə görə, Türkiyə ərazisində olan və çoxu Suriyalı minlərlə qaçqın Bolqarıstandan, Yunanıstandan keçməklə, Avropa İttifanına adlamağa cəhd göstərir.
AzPolitika.info


Şərhlər