Menu

Toni Bleyer istefa verdi

27.05.2015, 22:14
Toni Bleyer istefa verdi

Sabiq İngiltərə baş naziri Toni Bleyer Yaxın Şərq Kvartetinin Xüsusi Nümayəndəliyi vəzifəsindən istefa verib. ANS PRESS-in məlumatına görə, İsrail-Fələstin probleminin həlli üçün ABŞ, AB, BMT və Rusiya tərəfindən yaradılan Yaxın Şərq Dördlüyündə təxminən 8 ildir xüsusi nümayəndə olan Bleyerin istefasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Böyük Britaniyanın 1997-ci ildən 2007-ci ilədək 73-cü Baş Naziri olan Toni Bleyer Leyboristlərin tarixində ən çox partiya liderliyində qalmış şəxsdir.

XX əsrdə ancaq Bleyerr və Marqaret Tetçer üç seçki nəticəsində hakimiyyətdə qalıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol