Menu

Genişmiqyaslı hərbi təlimlər başladı

28.05.2015, 09:56
Genişmiqyaslı hərbi təlimlər başladı

Əməliyyatlarda istifadə olunan ən ucuz raket 180 min avrodur

Rumıniyanın Braşov əyalətində Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Kanada hərbi qüvvələrinin iştirakı ilə birgə təlimlər start götürüb.

Təlimlərə, ümumilikdə, 1500-dən çox əsgər qatılıb. Təlimlər zamanı hərbiçilər müxtəlif strateji tapşırıqların öhdəsindən gəlməyə çalışıblar.

Rumıniya parlamentinin müdafiə komitəsi də hərbi təlimləri izləyib. Rəsmilər təlimlərin olduqca yüksək maliyyətə başa gəldiyini deyiblər.

Rumıniyanın müdafiə naziri Mirçea Dusa əməliyyatlarda istifadə olunan ən ucuz raketin 180 min avro dəyərində olduğunu bildirib.

Həmin raketdən ikisi istifadə olunub. /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol