Menu

Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olundu

05.01.2014, 15:03
Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olundu

Polkovnik-leytenant Vaqif Dərgahlı mətbuat xidmətinin rəisi təyin edilib

Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis təyin olunub. AzNews.az-ın xəbərinə görə, bununla bağlı müdafiə naziri Zakir Həsənov yeni əmr imzalayıb.

Əmrə əsasən, nazirliyin İnformasiya İdarəsində çalışan polkovnik-leytenant Vaqif Dərgahlı mətbuat xidmətinin rəisi təyin edilib.

Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra qurumun mətbuat xidmətinə 7 il rəhbərlik etmiş sabiq deputat Eldar Sabiroğlu raport yazaraq Silahlı Qüvvələrdən təxris olunmasını xahiş edib və məzuniyyətə çıxıb. Məzuniyyəti başa çatan kimi 2013-cü ilin dekabr ayında isə o, ordu sıralarından təxris edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol