Yaponiyanın baş meteoroloji idarəsinin məlumatüına görə, Kaqosima prefektliyinin Kutinoera alasındakı «Kutinoerabu» vulkanı püskürməyə başlayıb (Rosbalt).
İdarə, vulkanı maksimum yüksək təhlükəli sayılan 5-ci səviyyəli püskürməyə aid edib. Ölkənin hakimiyyət dairələri yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrindən sakinlərin təcili surətdə evakuasiyasına başlayıb. Bildirilir ki, vulkana yaxın ərazilərdə yaşayan insanların sayı 150 nəfərdən artıq deyil.
Xəbər verilir ki, Yaponiya hökuməti baş nazir Sindzo Abonuun rəhbərliyi altında yaxın saatlarda təcili iclas keçirməyə hazırlaşır.
AzPolitika.info


Şərhlər