Xarici KİV-in məlumatına görə, 1943-cü ildə Belarusun Xatın kəndində sakinlərin kütləvi surətdə qətlə yetirilməsində ittiham olunan Vladimir Katryuk ÖLÜB (Rosbalt).
Xəbər verilir ki, 1951-ci ildən Kanadada yaşayan Katryuk 93 yaşında vəfat edib.
Bundan əvvəl Rusiya Federasiyası İstintaq Komitəsi (RF İK) Katryuka qarşı «genosid» maddəsi ilə cinayət işi açmışdı, amma Kanada onu Rusiyaya verməkdən imtina etmişdi.
İstintaqın məlumatına görə, Böyük Vətən Müharibəsi dövründə Katryuk 115-ci alman mühafizə batalyonunun 3-cü rotasının sıralarına daxil olub. 23 mart 1943-cü ildə 118-ci batalyonun 1-ci rotasının 1-ci vzvodunun rəisi kimi Katryuk Belarusiya SSR Minsk vilayəti Loqoysk rayonunun Xatın kəndinə gəlib və kənd sakinlərinin kütləvi surətdə qətlə yetirilməsində iştirak edib.
AzPolitika.info


Şərhlər