Menu

Bakıda bağlanan və yolu dəyişən avtobuslar - SİYAHI

29.05.2015, 11:53
Bakıda bağlanan və yolu dəyişən avtobuslar - SİYAHI

Sərnişinnəqliyyatdakı islahatlar nəticəsində yolu uzanan və qısalan marşrutların son siyahısı məlum olub

Son günlər Bakı sərnişinnəqliyyatında aparılan islahatlar nəticəsində bağlanan və hərəkət istiqaməti dəyişdirilən marşrutların son siyahısı məlum olub.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin anspress-ə verdiyi məlumata görə, islahatlar nəticəsində paytaxtdakı sərnişin avtobuslarından 10-u tamam bağlanıb.

İslahatlar nəticəsində 1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194 saylı sərnişin avtobus xətlərinin fəaliyyəti dayandırılıb.

Bundan başqa, bəzi avtobusların hərəkət istiqaməti qısaldılıb.

2 saylı sərnişin avtobusunun hərəkət istiqaməti "Xətai" metrostansiyası;

15 saylı avtobus xəttinin hərəkət istiqaməti "Qara Qarayev"

120 saylı sərnişin avtobusunun hərəkət istiqaməti "20-ci sahə"yə qədər qısaldılıb və avtobusun nömrəsi dəyişdirilib. Artıq sərnişinlər 120 əvəzinə 20 saylı avtobusdan istifadə edəcəklər.

70 saylı avtobus xətti - "Neftçilər" metrostansiyası;

82 saylı sərnişin avtobusu - "Ulduz" stansiyası;

İslahatlar nəticəsində bəzi avtobusların hərəkət istiqaməti uzadılıb. Hərəkət istiqaməti uzadılan avtobuslar 11, 82 və 83 saylı marşurutlardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol