Menu

Əfsanəvi futbolçu Eysebio vəfat etdi

05.01.2014, 17:38
Əfsanəvi futbolçu Eysebio vəfat etdi

Portuqaliyalı əfsanəvi futbolçu,“Qara pantera” ləqəbli Eysebio bu gün 72 yaşında vəfat edib. Bu haqda Lusa agentliyi məlumat yayıb. Onun tam adı Eyzebiu Da Silva Fareyradır. Məlumata görə, keçmiş futbolçunun ürəyi dayanıb.

Eysebio 25 yanvar 1942-ci ildə o zamanlar Portuqaliyanın koloniyası olmuş Mozambikdə anadan olub. Eysebio karyerasına 1957-ci ildən “Sportinq” klubunda başlayıb və üç ildən sonra Lissabonun “Benfika” klubuna keçib. O, “Benfika”nın tərkibində 715 oyunda 727 qol vurub. Əfsanəvi futbolçu 1966-cı ildə İngiltərədə keçirilən Dünya Çempionatında Portuqaliya yığmasının tərkibində bürünc mükafat qazanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol