Menu

Bakıda dəhşət - 5 yaşlı qız qətlə yetirildi

29.05.2015, 13:12
Bakıda dəhşət - 5 yaşlı qız qətlə yetirildi

Azyaşlının öldürülməzdən əvvəl zorlandığı bildirilir

Azərbaycan paytaxtında dəhşətli qətl törədilib. APA-nın məlumatına görə, hadisə mayın 28-də Bakının Pirallahı rayonunda qeydə alınıb.

Rayon sakini 5 yaşlı A.Q (ad şərtidir) adlı qızın itkin düşməsi barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində A.Q-nın boğularaq, qətlə yetirilmiş meyiti qonşuluqdakı həyətdə tapılıb.

Araşdırmalar zamanı məlumat olub ki, hadisəni azyaşlının qonşusu, 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç törədib.

İlkin məlumata görə, Y. Çernov qızı zorlayıb və daha sonra boğaraq qətlə yetirib.Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol