Menu

Gəncədə yaşayış binasına partlayış: yaralanan var

29.05.2015, 15:44

[caption id="attachment_46885" align="alignleft" width="300"]arxiv foto arxiv foto[/caption]

Gəncə şəhərində yaşayış evində partlayış olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində şəhərin yeni Gəncə qəsəbəsində 8 mərtəbəli binanın 8-ci mərtəbəsində, mənzil 79-da - Xalid Həsənova məxsus 4 otaqlı evdə baş verib. Hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili cəlb edilib. Mənzildə baş verən partlayış zamanı orada işləyən usta ağır yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol