“Makedoniya Respublikası Xarici İşlər Nazirliyi mənim Makedoniyanın Azərbaycan Respublikasındakı fəxri konsulu təyin edilməyim barədə qərar qəbul edib.
Bu məsuliyyətli vəzifəni mənə həvalə etdiyi üçün Makedoniya və Azərbaycan hökumətinə, mənə etibar etdiyi üçün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm”. Modern.az xəbər verir ki, bu sözləri “Garant Holding” şirkətlər qrupunun təsisçisi, Azərbaycan Qolf Federasiyasının prezidenti, tanınmış iş adamı Anar Məmmədov bildirib.
“Mən Makedoniyanın Azərbaycandakı fəxri konsulu kimi ölkələrimiz arasında iqtisadi, ictimai və mədəni sahələrdə əlaqələrin daha yüksək səviyyədə inkişaf etdirilməsi, xalqlarımız arasında mehriban dostluq münasibətlərinin daha yüksək səviyyəyə çatdırılması üçün səylərimi əsirgəməyəcəyəm”,-A.Məmmədov əlavə edib


Şərhlər