Menu

FİFA-da növbəti qalmaqal

30.05.2015, 20:24
FİFA-da növbəti qalmaqal

İki nəfər FİFA vitse-prezidenti postundan azad edilib

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasında (FİFA) korrupsiya ilə bağlı iş üzrə həbs olunan iki məmur vəzifələrindən azad edilib. Anspress-in məlumatına görə, söhbət Ceffri Uebbe və Euxenio Fiqeredodan gedir. Hər ikisi FİFA vitse-prezidenti postundan azad edilib.

Qeyd edək ki, təşkilata yeni prezidentin seçkiləri ərəfəsində ABŞ hökuməti FİFA-nı korrupsiyada ittiham edərək bir sıra yüksək vəzifəli məmurunu həbs etmişdi. Ümumilikdə 10-a yaxın məmur həbs olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol