Menu

Jirinovskinin təcavüzkar bəyanatı

30.05.2015, 22:27
Jirinovskinin təcavüzkar bəyanatı

Litva onu «persona non qrata» elan edə bilər

Xarici KİV-in məlumatına görə, Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Vilnüs və Klaypeda şəhərlərinin Litavanın əlindən alınmasının vacibliyi barədə səsləndirdiyi bəyanatını Litvanın ərazi bütövlüyünə qəsd kimi dəyərləndirmək olar. Bu fikri Litvanın daxili işlər naziri Saulyüs Skvernyalis söyləyib («Delfi»).

Nazir bu barədə deyib: «Mənim fikrimcə, belə bəyanat Litvanın ərazi bütövlüyünə qəsd kimi dəyərləndirilə bilər və bu da ölkədə qorunmalı olan əsas konstitusiya prinsipidir. Ona görə də hesab edirəm ki, onu persona non qrata elan etmək üçün kifayət qədər əsaslar var...» (Rosbalt).

Rusiyalı deputat sözügedən bəyanatı Avropa İttifaqının Rusiyadakı səfiri Viqaudas Uşatskasın iştirakı ilə keçirilən debatın gedişində səsləndirib.

Bundan əvvəl Uşatskas Rusiya hakimiyyətini Jirinovskinin söylədiklərinə rasmi mövqe bildirməyə çağırmışdı.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol