Menu

Həbsdən buraxılan beş kürd deputatı Məclisdə and içəcək

06.01.2014, 15:40
Həbsdən buraxılan beş kürd deputatı Məclisdə and içəcək

Türkiyədə həbsdən buraxılan beş kürd deputatı sabah Türkiyə Böyük Millət Məclisinin (TBMM) ümumi yığıncağında and içəcək.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Barış və Demokratiya Partiyası (BDP) Mardin Millət vəkili Gülser Yıldırım ilə Şanlıurfa Millət vəkili İbrahim Ayhan, Şırnak millət vəkilləri Səlma İrmak və Faysal Sarıyıldız ilə müstəqil Van millət vəkili Kamal Aktaş sabah Türkiyə Böyük Millət Məclisinə gələrək ilk olaraq BDP rəhbəri Selahattin Demirtaş başçılığında toplanacaq qrup yığıncağına qatılacaq.

Daha sonra millət vəkilləri Türkiyə yerli vaxtı ilə saat 15:00-da toplanacaq TBMM Ümumi Yığıncağında protokola uyğun olaraq and içəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol