Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adana şəhərində saxlanılan Milli İstihbarat Təşkilatına (MİT) məxsus TIR-larla bağlı səsləndirilən iddialara sərt cavab verib. Axar.az xəbər verir ki, "Cümhuriyyət" qəzetində TIR-larda silahların olduğu barədə məqalə dərc edilmişdi. Məqalənin müəllifi Can Dündar adlı jurnalistdir. Dündarın yayımladığı məqalə Ərdoğanı qəzəbləndirib. Ərdoğan bu iddia ilə bağlı bəyanat verib: "Hazırda bu TIR-lar vasitəsi ilə Bayırbucak türkmanlarına yardım edilir. MİT-ə atılan bu iddia cəsusluq fəaliyyətinin bir növüdür. Bununla əlaqədar mən vəkillərimə göstəriş vermişəm və bu məqaləni yayımlayanlar məhkəmə qarşısında cavab verəcək. Bu xəbəri hazırlayan şəxsdən əl çəkmərəm, o bunun bədəlini ödəyəcək".


Şərhlər