Menu

Həbsdən çıxan azarkeşə "Xəzər Lənkəran"da vəzifə verildi

01.06.2015, 11:23
Həbsdən çıxan azarkeşə "Xəzər Lənkəran"da vəzifə verildi

"Xəzər Lənkəran" futbol klubu bu günlərdə həbsdən azad edilən tanınmış azarkeşi Elman Tağıyevə klubda vəzifə verib. Lent.az-ın məlumatına görə, bu barədə E.Tağıyev sosial şəbəkədəki səhifəsində qeyd edib. "Eliko Lezginçik" kimi tanınan azarkeş əlavə edib ki, artıq bu gündən komandanın azarkeşlərlə iş üzrə əlaqələndirici nümayəndəsi kimi fəaliyyətə başlayır.

Qeyd edək ki, E.Tağlyev 2013-cü il avqustun 25-də Azərbaycan Premyer Liqasının "Xəzər Lənkəran" - "Neftçi" matçında baş vermiş iğtişaşla əlaqədar həbsdə olub. O, mayın 12-də azadlığa çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol