Rusiya KİV-nin məlumatına görə, Rusiya ilə Hindistan birlikdə hərbi texnika istehsalına keçir. Bu, ikitərəfli münasibətlərdə əhəmiyyətli irəliləyiş hesab olunur (TASS).
Məsələ barədə Hindistanın xarici işlər naziri Surma Svarac yeni hökumətin fəaliyyətinin bir illik yekunlarına həsr olunmuş mətbuat konfransında deyib: «Bizim Rusiya ilə hərbi-texniki əməkdaşlığımız «satıcı-alıcı» sxemi üzrə formalaşmışdı. Onlar satırdı, biz isə alırdıq. Ancaq bu (əməkdaşlıq) dəyişib. Rusiya Hindistanda silah istehsal etmək, həm də bizimlə birgə (yeni texnologiyalar təklif etməklə) istehsal etmək qərarına gəlib...».
Ümumiyyətlə, ikitərəfli münsibətdərə toxunun Svarac əlavə edib ki, Rusiya ilə Hindistan arasındakı münasibətlər qarşılıqlı inama söykənir.
Rusiyanın lisenziyası ilə Hindistanda hərbi texnika istehsalına 1967-ci ildə başlanıb. Bu tarixdə Hindistanın milli aviasiya istehsalı korporasiyası «Hindustan Aeronautics Limited» MiQ-21 istehsalına başlayıb. 1988-ci ildə Rusitya və Hindistan səsdən sürətli qanadlı raketlər istehsal edən «BrahMos Aerospace» birgə müəssisəsini yaradıb.
Hal-hazırda Rusiya və Hindistan çoxprofilli Ka-226T vetolyotları istehsal edəcək birgə müəsisənin yaradılması barədə danışıqları başa çatdırmaq üzrədir. Tərəflər birgə istehsal edəcəkləri BrahMos tank əleyhinə raketləri və Ka-226T vertolyotları gələcəkdə üçüncü ölkəyə ixrac etməyi düşünürlər.
AzPolitika.info


Şərhlər