İtanbulda baş verən qəza nəticəsində yaxınlıqda yaşayan insanlar təxliyə edilib, əraziyə gedən yollar bağlanıb
stanbulda metro xəttində partlayış olub. Anspress-in məlumatına görə, İstanbulda Alibeyköydə metro xətti inşaatında qaz borusu deşilib. Ətrafa qaz yayıldığı üçün həmin yerə yaxın ərazilərdə yerləşən binalardakı insanlar təxliyyə edilib. Bundan başqa, təhlükəsizlik məqsədilə həmin əraziyə gedən yollar da bağlanılıb.
İGDAŞ-ın (İstanbul Gaz Dağıtım Sanayi və Ticarət A.Ş.) verdiyi rəsmi açıqlamada bildirilib ki, bu gün səhər baş verən partlayışa səbəb inşaat işləri zamanı qaz borusunun zədələnməsi olub. "Hadisə yerində lazımi təhlükəsizlik tədbirləri görülüb və qaz axının qarşısı alınıb".


Şərhlər