Menu

Əbülfəs Qarayev 3 otelə 5 ulduz verdi

01.06.2015, 20:12
Əbülfəs Qarayev 3 otelə 5 ulduz verdi

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may ayında bəzi mehmanxanalara dərəcə sertifikatları verilib.

Bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə. mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə nazirlik mehmanxanaların təsnifatını aparır.

Belə ki, may ayı ərzində Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib.

Bakı şəhəri:

1. “Hilton Hotel Baku” mehmanxanası (5 ulduz).

Şamaxı rayonu:

2. “Samaxı Palace Platinum by Rixos” mehmanxanası (5 ulduz).

Qəbələ rayonu:

3. “Qafqaz Resort Hotel” mehmanxanası (5 ulduz),

4. “Duyma” mehmanxanası (4 ulduz).

Mingəçevir şəhəri:

5. “River Side"”mehmanxanası (4 ulduz).

Qeyd edək ki, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 80-ə çatıb.

Onu da xatırladaq ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol