Payızda “SOCAR Turkey Energy” Türkiyənin ən böyük konteyner limanı “Petlim”in açılışını edəcək
“Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Energy” Türkiyənin ən böyük konteyner limanı “Petlim”in açılışı olacaq".
ANS PRESS-in məlumatına görə, bunu “SOCAR Turkey Energy” şirkətinin baş direktoru Kənan Yavuz keçirdiyi brifinqdə söyləyib. Onun sözlərinə görə, bu açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyev də dəvət olunub: “Konteyner limanının tikintisi 250 mln. dollara başa gəlib. Bu gün limanın ümumi dəyəri 1 mlrd. dollar təşkil edir. Bu limanın 30 %-ni “Godman Sache” şirkətinə 300 mln. dollara satılıb”.
K.Yavuz bildirib ki, bununla da “Goldman Sach” Türkiyənin ən böyük limanına ortaq olub: “Artıq külək elektrik stansiyasının inşaasına başlanılıb. Gələn il də bu layihə tamamlanacaq. Bu külək elektrik enerjisi stansiyasının 51 MeqaVatt gücü olacaq. Bundan başqa, şirkət kömür elektrik stansiyasının tikintisinə də başlayıb. Bu kömür elektrik stansiyasının gücü 300 MeqaVatt gücü olacaq və 2018-ci ildə yekunlaşacaq”.
O qeyd edib ki, bundan əlavə 1200 MeqaVatt elektrik stansiyaları inşa olunacaq.
K.Yavuz neft emalı zavodunun tikintisinin davam etdiyini vurğulayıb və bildirib ki, bu zavod da 2017-ci iin sonu, 2018-ci ilin əvvəlində yekunlaşaraq istifadəyə veriləcək.


Şərhlər