Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2015-ci ilin yanvar-may ayları ərzində Novorossiysk limanından 678 min 46 ton, Supsa limanından 1 milyon 185 min 880 ton, Ceyhan limanından isə 7 milyon 278 min 248 ton olmaqla cəmi 9 milyon 142 min 174 ton xam neft ixrac edilmişdir.
SOCAR ötən ilin 5 ay ərzində 10 milyon 76 min 587 ton xam neft ixrac etmişdi. Beləliklə, SOCAR-ın xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təminən 934 min ton və ya 9,3% azalıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2015-ci ilin may ayında Novorossiysk limanından 169 min 559 ton, Supsa limanından 169 min 425 ton, Ceyhan limanından 1 milyon 352 min 966 ton xam neft ixrac etmişdir.
May ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 64,32 dollara,Urals nefti-64,32 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 65,16 dollara satılmışdır.


Şərhlər