“İslam Dövləti" (İŞİD) terror təşkilatı Suriyanın Hələb əyalətinin şimalında yerləşən Suran qəsəbəsini ələ keçirdikdən sonra Mare qəsəbəsini də mühasirəyə alıb. SalamNews-un Suriya İnsan Hüquqlarını Müşahidə Qrupuna (SİHMQ) istinadla verdiyi xəbərə görə, İŞİD üzvləri qəsəbəni raketlərlə hədəfə alıblar.
Hazırda bölgədə İŞİD-lə digər qruplaşmalar arasında ölüm-dirim döyüşləri gedir.
Bildirək ki, İŞİD-in bu şəkildə irəliləməyindən sonra digər qruplaşmaların Türkiyə sərhədinə aparan yardım dəhlizləri bağlanıb.
Yeri gəlmişkən, SİHMQ ötən ay Suriyada gedən döyüşlər və qarşıdurmalarda 6600 nəfərin öldüyünü bildirib.


Şərhlər