2015-ci ilin yanvar-aprel aylarında Gürcüstanda 717 xarici vətəndaş sığınacaq istəyib. Oxu.az “Sputnik Qruziya” saytına istinadla xəbər verir ki, Gürcüstan DİN-nin İnformasiya-təhlil departamentinin məlumatına əsasən, onlardan 28-i Rusiya vətəndaşıdır.
Birinci yerdə İraq vətəndaşlarıdır – 284 nəfər. Onlardan 202-si kişi, 82-si isə qadındır.
Daha sonra Ukrayna vətəndaşları gəlir. İlin əvvəlindən Gürcüstan hakimiyyətinə sığınacaq üçün 263 ukraynalı müraciət edib ki, onlardan 167-si qadın və 96-sı kişidir.
Üçüncü yerdə İran (15 kişi və 13 qadın) və Rusiyadır (17 kişi və 11 qadın).
Cənubi Qafqaz ölkələrinə gəlincə,Gürcüstanda sığınacaq üçün dörd Ermənistan vətəndaşı və səkkiz Azərbaycan vətəndaşı müraciət edib.


Şərhlər