Menu

YAP Toliki təltif etdi - FOTO

02.06.2015, 16:50
YAP Toliki təltif etdi - FOTO

Məşhur prodüser: "Çox sag olsunlar ki, əməyimə qiymət veriblər"

Azərbaycanın məşhur prodüseri və təşkilatçısı Tolik (Əliyev Tarix) YAP (Yeni Azərbaycan Partiyası) tərəfindən təltif edilib. Anspressin məlumatına görə, şou-biznes nümayəndəsi YAP Xətai rayon təşkilatı Gənclər Birliyi Tolikə diplom verib.

Diplomda Tarix Əliyevin YAP Xətai rayon təşkilatı Gənclər Birliyi IV konfransında təşkilati işlərdə fəal işlərinə görə təltif edildiyi yazılıb.

Prodüser təltif olunmsına belə münasibət bildirib: "2004-ci ildən YAP-ın Xətai rayon təşkilatının üzvüyəm. Çox sevinirəm ki, bu gün 250.000 min gəncin birləşdiyi təşkilatın tədbirində az da olsa əməyim olub. Çox sag olsunlar ki, əməyimə qiymət veriblər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol