Menu

Prezident və kral ailəsinin üzvləri qəzaya uğradılar

03.06.2015, 00:40
Prezident və kral ailəsinin üzvləri qəzaya uğradılar

Hindistan prezidenti Pranab Mukeredji və İsveç kral ailəsi üzvlərinin olduğu maşın karvanı Uppslada (İsveç) qəzaya uğrayıb. Musavat.com xəbər verir ki, məlumatı The Local yayıb. Qəza nəticəsində 6 nəfər yaralanıb. Hindistan prezidenti, şahzadə Viktoriya və əri Daniel xəsarət almayıb.

Hadisə prezident korteji yerli universitetə gedərkən baş verib. Mukeredji universitetdə çıxış etməliymiş. Dairəvi yola yaxınlaşarkən drd müşayiət avtomobili qəzaya uğrayıb. Kortej isə hərəkətini davam etdirib.

Qeyd edək ki, Hindistan lideri İsveçə istirahət günlərui üç günlük səfərə gedib. O, bir sıra rəsmi grüşlər keçirib.

Mukeredji İsveçə rəsmi səfərə gedən ilk Hindistan prezidentidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol