Menu

Sabiq vitse-prezident beynəlxalq axtarışa verildi

03.06.2015, 09:14
Sabiq vitse-prezident beynəlxalq axtarışa verildi

İnterpol FİFA-nın keçmiş vitse-prezidenti Cek Uorner və Cənubi Amerika Futbol Konfederasiyasının keçmiş prezidenti Nikolas Leos barəsində beynəlxalq axtarış elan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq məlumat təşkilatın saytında dərc edilib.

Məlumata görə, “pulların yuyulması”, dələduzluq və pul tələb etməkdə (reket) ittiham olunan FİFA-nın keçmiş məmurları ABŞ hakimiyyəti tərəfindən axtarılır.

Qeyd edək ki, ötən həftə FİFA-nın korrupsiyada ittiham olunan bir neçə yüksək vəzifəli məmuru Sürixdə həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol