Menu

Bakının mərkəzi prospektlərində hərəkət tam dayandırılır

03.06.2015, 10:24
Bakının mərkəzi prospektlərində hərəkət tam dayandırılır

Bu gün Bakının bir sıra mərkəzi prospektlərində hərəkət tam dayandırılacaq. Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 2:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Eyni zamanda, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.

Bu, 12 iyunda başlanacaq Bakı-2015 Avropa Oyunlarından öncə həmin gün Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiri ilə əlaqədardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol