Menu

Mərkəzi bankın valyuta ehtiyatları artdı

03.06.2015, 11:26

manat bank dollarMay ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 42,9 milyon dollar və ya 0,5% artıb. Marja xəbər verir ki, 29.05.2015-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 8 milyard 430.8 milyon dollar təşkil edib.

30.04.2015-ci il tarixində Bankın ehtiyatları 8 milyard 387.9 dollar idi.

Qeyd edək ki, ötən ilin Oktyabr ayından Mərkəzi Bankın valyuta ehtiyatları əriyirdi. Bu da yenidən devalvasiya olacağı narahatlıqlarını artırırdı.

Mərkəzi Bankın valyuta ehtiyatları ötən ilin İyulunda 15 milyard 193.4 milyon manata çıxmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol