Menu

Suriya ordusundan böyük əməliyyat - Video

03.06.2015, 13:03
Suriya ordusundan böyük əməliyyat - Video

Suriya ordusu paytaxt Dəməşqin Hərəsta bölgəsində silahlı qruplaşmaların böyük yeraltı tunellərini aşkarlayıb. SalamNews-un yerli SANA agentliyinə istinadla verdiyi xəbərə görə, aşkarlanan tunellər ordu qüvvələri tərəfindən minalanaraq, partladılıb.

Hökumət ordusu ölkənin Həsəka, Hələb, Həma, Homs, Qunaytara və Dəra əyalətlərində də əməliyyatlar həyata keçirdiyini bəyan edib.

Hazırda Suriyada ən şiddətli döyüşlər Hələb əyalətinin Türkiyə ilə sərhəd yaxınlığındakı hissəsində İŞİD-lə digər silahlı qruplaşmalar arasında gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol