Bir neçə gün əvvəl ölkədən qaçdığı xəbərlərilə gündəmi ələ alan Anar Nağılbaz tezliklə qayıtmaq fikrində deyil.
Hazırda Çexiyada olan Azərbaycan repinin atası anspress-ə açıqlamasında belə dedi:
"Çexiyada öd kisə və böyrəyimin müalicəsindəyəm. Yay mövsümünü burada olacam. Asudə vaxtlarımda bir veriliş silsiləsi və bir-neçə klip çəkdirməyi planlaşdırıram".
Məşhur repçi Çexiyadan siyasi sığınacaq almaq istəməyi ilə bağlı xəbərlərin yayılmasını anlaşılmazlıq kimi qəbul etdiyini deyir: "Sadəcə jurnalistlər gərək dəqiqləşdirib yazaydılar. Yəqin saytlar mənim Çexiyanın "Nova CZ" telekanalında "Azül" düşərgələrində hazırladığım qaçqınlara həsr olunmuş süjetdən mənim hissəmi kəsib veriblər. Bilmirəm necə xəbər tutublar, görünür təsadüfən kimsə görüb yayıb".
Anar Nağılbaz sonda media nümayəndələrinə müraciət ünvanlamağı da unutmadı: "Bütün jurnalistlərdən xahiş edirəm, adımı çox hallandirmayın, ailəm narahat olur".


Şərhlər