Menu

Latviyanın yeni prezidenti seçilib

03.06.2015, 21:38
Latviyanın yeni prezidenti seçilib

Latviya Seymi (parlamenti) Raymonds Veyonisi ölkənin yeni prezidenti seçib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, gizli səsvermə zamanı onun namizədliyini 100 deputatdan 55-i dəstəkləyib.

Prezident postuna dörd namizəd iddialı olub. Onlardan 2-si koalisyon, daha 2-si isə müxalifət təmsilçiləri olub.

Prezidenti parlamentin seçdiyi Latviyada qələbə qazanmaq üçün 100 deputatdan ən azı 51-nin səsi tələb olunur.

Qeyd edək ki, bundan əvvəl R.Veyonis Latviyanın müdafiə naziri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol