Menu

Türkiyə kubokunun qalibi “Qalatasaray” oldu -FOTO

04.06.2015, 01:25
Türkiyə kubokunun qalibi “Qalatasaray” oldu -FOTO

Türkiyə kubokunun final oyunu keçirilib. Apasport.az sayıtnın məlumatına görə, finalda Türkiyə çempionu olmuş “Qalatasaray”la “Bursaspor” qarşılaşıb.Olduqca maraqlı və gərgin keçən mübarizəni “sarı-qırmızı”lar qazanıb. Azarkeşlərin 5 qol izlədiyi oyunda “cim-bom” “Bursaspor”u 3:2 hesabı ilə məğlub edərək 16-cı dəfə kuboku başı üzərinə qaldırıb.

“Aslanlar”ın hər üç qoluna Burak Yılmaz imza atarkən, rəqib komandanın heyətində Fernandao və Volkan Şən fərqlənib.

Türkiyə kuboku

Final

“Qalatasaray” – “Bursaspor” – 3:2

Qollar: Burak Yılmaz, 40, 48, 60 – Fernandao, 27, Volkan Şən, 58

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol