Menu

İŞİD Türkiyə sərhəddində

04.06.2015, 09:07
İŞİD Türkiyə sərhəddində

Avtomobillə həyata keçirilən kamikadze hücumun hədəfi peşmergələrə aid nəzarət-buraxılış məntəqəsi olub.

Türkiyə Şanlıurfa vilayətinin Ceylanpınar rayonu ilə həmsərhəd Suriyanın Rsuleyn şəhərində İŞİD terrorçuları kamikadze hücumu həyata keçiriblər. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata körə, avtomobillə həyata keçirilən kamikadze hücumun hədəfi peşmergələrə aid nəzarət-buraxılış məntəqəsi olub.

Güclü partlayış səsi Ceylanpınarda da eşidilib və sakinlər təşvişə düşüblər.

Partlayış nəticəsində ölən və xəsarət alanlar barədə məlumt verilməsə də hadisə yerinə çox sayda peşmərgə qüvvələri cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol