Menu

Çeçenistanda vəziyyət gərginləşib

04.06.2015, 15:24
Çeçenistanda vəziyyət gərginləşib

Ramzan Kadırov: "Qanunsuz hərəkətlər cavabsız qalmayacaq"Qeyri-hökumət təşkilatı (QHT) olan İşgəncələr Əleyhinə Komitənin Çeçenistan paytaxtındakı ofisinə maskalılar tərəfindən hücum olub. Anspress-in məlumatına görə, komitədən bildirilib ki, hadisə iyunun 3-də bir neçə gənc Qroznıdakı ofisə hücum edib. Polis QHT-nin kömək çağırışlarına cavab vermədiyinə görə hücum edən şəxslər pəncərədən qaçıblar.

Qroznının dövlət televiziyası baş verən hadisəni QHT-lərin, vətəndaş təşkilatları və vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin siyasiləşməsinə etirazı kimi qələmə verib.

Çeçenistan prezidenti Ramzan Kadırov bəyan edib ki, hüquq-mühafizə orqanları hadisəni araşdırır və qanunsuz hərəkətlər cavabsız qalmayacaq.

Xatırladaq ki, İşgəncələrə qarşı Komitə Çeçenistanda fəaliyyət göstərən az sayda insan hüquqları təşkilatıdır və onun ofisinə əvvəllər də basqın edilib, nümayəndələri döyülüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol