İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və ABŞ arasında iqtisadiyyat, ticarət, investisiyalar və enerji sahələrində mövcud əlaqələr, habelə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi də aparıblar.

Şərhlər